Köçəryan siyasətə qayıdır: Paşinyanı ələ saldı

8 May 2019 21:32

Ermənistanda yeni siyasətçilər və müxalif partiyalar yaranır. Bu da güclü siyasi qüvvənin meydana gəlməsinə gətirib çıxaracaq.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu "Röyter" agentliyinə açıqlamasında Ermənistanın eks-prezidenti Robert Köçəryan deyib. O, yeni müxalifətin işində iştiraka qatılmaq niyyətində olduğunu bildirib.

Onun sözlərinə görə, keçən il ölkədə baş verən etiraz aksiyaları cəmiyyətdə toplanan narazılıqlar və dəyişikliklərin olmaması ucbatından baş verib:

"Mən bunu inqilab adlandırmazdım. Ona görə də cəmiyyətdə aqressiyanın, hökumətdə isə diletantlıq və populizmin böyük pay sahibi olmasını istisna etsək, ölkədə heç bir dəyişiklik baş verməyib".

Milli.Az