“Eurovision”da gürcülərin savaşı...

8 May 2019 17:39

Gürcüstanı "Eurovision" mahnı müsabiqəsində təmsil edən Oto Nemsadze Avropada yaşayan gürcülərə səslənib. 

Milli.Az "qafqazinfo"ya istinadən istinadən xəbər verir ki, sənətçi gürcülərdən Kipri layihədə təmsil edən həmyerlisi Tamta Goduadzeni dəstəkləməməyi xahiş edib:

"Tamtanı yox, məni dəstəkləyin. Gürcülərin yeganə təmsilçisinin Tamta olduğunu düşünərək səhv edirlər. Gürcüstanın təmsilçisi mənəm". 

Qeyd edək ki, Tamta Gürcüstandan köçərək əvvəlcə Yunanıstanda, daha sonra Kiprdə yaşamağa başlayıb. 

Bu məqamda bildirək ki, bukmeykerlərin proqnozuna görə, siyahıda Tamta 9-cu, Oto isə 40-cıdır.

Milli.Az