Elçin Quliyev təmas xəttində - FOTO

8 May 2019 16:25

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Ağstafa rayonu ərazisində hərbi hissə və bölmələrinin xidməti döyüş fəaliyyətini yoxlayıb.

Milli.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Məlumata görə, E.Quliyev sərhəd döyüş məntəqələrində xidmət edən şəxsi heyətlə görüşüb, Ermənistan Silahlı Qüvvələrinin bölmələri ilə təmas xəttində sərhəd mühafizə və müdafiə infrastrukturunun yaradılması istiqamətində görülən işlərə baxış keçirib, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi üzrə tapşırıqlar verib.

Milli.Az