"Bir çocuk sevdim": Mine Timurla evlənməyi qəbul edəcəkmi? - VİDEO

19 Oktyabr 2011 18:39
Milli.Az xəbər portalının məlumatına görə, serialın yayımlandığı "Kanal D" telekanalının internet saytında yeni seriya ilə bağlı qısa xəbər yerləşdirilib.

Mine küncə sıxılıb. Ailəsi onu Tmurla evlənmək üçün yola gətirməyə çalışır. Mine isə xalasının həbsdən azad edilməsini gözləməkdədir. Amma xalasının işləri o qədər də asan deyil. Timur xalasının xilası üçün Mineyə yardım göstərməkdən istina etmir.

Timur evlənmək planını qızı ilə müzakirə etmək istəyir. Amma atasına düşgün olan Mervenin etirazları gözlənildiyindən daha ciddi və təhlükəli olur.



Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.



Milli.Az