Bir avroya evlər satılır

8 May 2019 22:37

Siciliya adasının cənubunda, Mussomeli şəhərində köhnə tikililəri bir avroya satışa çıxarıblar.

Milli.Az oxu.az-a istinadən bildirir ki, yeni ev sahiblərinə bir il ərzində mənzili əsaslı təmir etmək şərti qoyulub. Əks halda onlar 7 min avroluq zəmanət depozitini itirəcəklər.

Hazırda satışda 100 ev olsada yaxın zamanda daha 400 evin hərraca çıxarılacağı gözlənilir.    

Milli.Az