Azərbaycan və Küveyt gəncləri bir arada
10 Aprel 2010 10:42
Birliyin mətbuat xidmətindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, səfər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçiriləcək. Azərbaycanlı gənclərin Küveytin müxtəlif təşkilatları, dövlət qurumları, gənclərlə və s. görüşləri nəzərdə tutulub.
Xatırladaq ki, "İrəli" İctimai Birliyi ilə Küveyt dövlətinin aparıcı təşkilatı olan "LOYAC" təşkilatı arasında qarşılıqlı əməkdaşlığın qurulması və inkişafı məqsədilə niyyət protokolu imzalanıb. Protokolda gələcəkdə birgə layihələrin həyata keçirilməsinə böyük önəm verilir və bu sahədə qarşılıqlı tədbirlərin görülməsi nəzərdə tutulur. Tərəflər hər bir təşkilatın özünəməxsus təcrübəyə malik olduğunu nəzərə alaraq öz aralarında informasiya və təcrübə mübadiləsi məqsədi ilə səfərlər həyata keçirmək niyyətində olduqlarını bildiriblər. "LOYAC" öz bölgəsinin ən böyük təşkilatlarından biridir.
Milli.Az