“Köçəryan xaç suyuna çəkilməyib” - Tarixçidən Qareginə şok cavab

6 May 2019 17:39

"Ermənistanın ikinci prezidenti Robert Köçəryan xaç suyuna çəkilməyib".

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu erməni tarixçi Qayane Ayvazyan deyib.

Tarixçi bütün ermənilərin katalikosu II Qaragenin milli kilsə məsələsi ilə bağlı açıqlamasını şərh edib:

"Ermənilərin katalikosu Konstitusiyada erməni kilsəsinə xüsusi yerin ayrıldığından danışır. Bu, həqiqətən geniş və müstəsna imtiyazdır, buna görə kilsə bir ateistə minnətdar olmalıdır.

Çünki erməni kapital maşınının memarı Robert Koçəryandır. O, xaç suyuna çəkilməməsinə baxmayaraq, dövlət siyasətində kilsəsini böyük kapital sahibi edə bildi".

Katolikos II Qaregin Ermənistan Konstitusiyasında erməni Apostol Kilsəsinin Xalq Kilsəsi olaraq tanındığını, erməni kilsəsinin müstəqil olduğunu bildirib.

Milli.Az