Rəşad Sadıqov karyerasını bitirir? - "Hər şeyin öz vaxtı var"

6 May 2019 16:15

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov karyerasını bitirib-bitirməyəcəyi ilə suala cavab verib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, 36 yaşlı müdafiəçi bu barədə düşünəcəyini bildirib: 

"Bütün fikrimi çempionata yönəltmişdim. Bu barədə qarşıdakı günlərdə fikirləşəcəyik. Neçə dəfə bu söhbətin üstü açılıb, mən bağlamışam ki, əsas fikrimizi çempionata yönəldək. Hər şeyin öz vaxtı var".

Milli.Az