"Əl-Qaida" dünya çempionatını hədəf götürdü!

10 Aprel 2010 10:11
"Əl-Qaida" terror şəbəkəsi bu yay CAR-da keçiriləcək futbol üzrə dünya çempionatını terror aktları ilə pozmaq fikrindədir. "İnterfaks"ın məlumatına görə, qruplaşma çempionatın gedişi zamanı CAR-da terror aktları törətməyə hazırlaşdığını bəyan edib. Afrikanın şimalında məskunlaşmış "əl-qaidaçılar" hədəfin ABŞ, İngiltərə, İtaliya, Fransa və Almaniya olacağını bildirib. Terrorçular xüsusilə, iyunun 12-də keçiriləcək ABŞ-İngiltərə qarşılaşması zamanı partlayışlar törətmək niyyətlərini açıqlayıblar.

Milli.Az