"Tottenhem" "Real"a rəqib oldu

5 May 2019 19:05

"Ayaks"ın yarımmüdafiəçisi Donni van de Bek daha bir klubun gündəmindədir.

Milli.Az matç.az-a istinadən bildirir ki, "Real"dan sonra "Tottenhem" də gənc oyunçuya "elçi düşüb".

London klubu 22 yaşlı orta sahə oyunçusuna aparıcı futbolçuları olan Kristian Eriksenə layiqli əvəzləyici gözü ilə baxır. Eriksen "Real"a yollansa, "Tottenhem" boşluğu məhz van de Beklə doldurmağa çalışacaq.

Gənc futbolçunu "Bavariya" və Dortmund "Borussiya"sı da diqqətdə saxlayır.

Milli.Az