Bakıda həbsdə olan erməni Rusiyaya göndərildi...

5 May 2019 09:16

Erməniəsilli Rusiya vətəndaşı Marat Ueldanov-Qalustyan Bakı həbsxanasından Rusiyaya çatdırılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Maratın bacısı Marianna Mirzoyan "Facebook" səhifəsində yazıb.

Xatırladaq ki, Qalustyan 2016-cı ilin iyulunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 maddəsi (böyük həcmdə narkotik vasitələrin qanunsuz əldə edilməsi, istehsalı, saxlanması və yayılması) üzrə saxlanılmışdı. 8 il həbsə məhkum edilən Qalustyan uzun müddət imiş Bakıda işləyirmiş. O, həyat yoldaşının soyadını götürərək özünü Ueldanov kimi təqdim edib. Həbsindən sonra isə erməni mətbuatı onun erməniəsilli olması səbəbindən tutulması iddiasını irəli sürmüşdü.

2019-cu ilin yanvarında Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycanla aparılan danışıqlar nəticəsində Marat Ueldanov-Qalustyanın Rusiyaya qaytarılacağına ümid etdiyini bildirmişdi.

Milli.Az