ABŞ-da şəhər su altında qaldı

4 May 2019 20:03

ABŞ-ın Ayova ştatında yerləşən Devenport şəhərinin bir hissəsi su altında qalıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Telegram-kanalda yer alan məlumatda bildirilir.

Qeyd edilir ki, şəhərin su altında qalmasına səbəb Missisipi çayının məcrasından çıxmasıdır.

Sakinlərin bir qismi özləri şəhəri tərk edə bilib, digərləri isə müvafiq qurumların köməyi ilə təxliyə edilib.

Milli.Az