Səlahət Ağayevə əcnəbi klubdan təklif gəldi - Agenti təsdiqlədi

4 May 2019 12:24

"Neftçi"nin qapıçısı Səlahət Ağayevin agenti Vaqif Heydərli futbolçunun Qazaxıstan Premyer Liqası klublarından birinə keçəcəyi barədə yayılan iddialara münasibət bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, Qazaxıstandan təklif aldıqlarını təsdiqləyib: "Bəli, Qazaxıstandan təklif var. Bağışlayın, amma bunun hansı klub olduğunu deməyəcəm".

Qeyd edək ki,  millimizin üzvü S.Ağayev bu mövsüm Premyer Liqada 26 matçda 22 top buraxıb.

Milli.Az