"Ebola" bir ölkəni məhv edir: ölənlərin sayı 1000-i ötdü

4 May 2019 15:54

Konqo Demokratik Respublikasında ötən ilin iyul ayından etibarən "Ebola" virusundan ölənlərin sayı 1000 nəfəri ötüb.

Milli.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

"Cümə günü, 3 may 2019-cu ilə olan vəziyyət: cəmi 1529 yoluxma halı, 1463 təsdiqini tapmış və 66 ehtimal edilən, 1008 ölü və 422 sağalan var", deyə nazirliyin açıqlamasında bildirilir.

Milli.Az