Nəsrin Cavadzadə məşhur seriala dəvət alıb

4 May 2019 09:19

Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə türk serialına dəvət edilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa 44-cü bölümdən etibarən "Yasak Elma" adlı ekran işində rol alacaq.

O, yayınlandığı gündən etibarən böyük tamaşaçı kütləsi toplayan serialda "Şahika" obrazını canlandıracaq.

Qeyd edək ki, Nəsrin sonuncu dəfə "Bizim Hikaye" adlı ekran işində "Tülay" obrazı ilə adından söz etdirmişdi.

Milli.Az