“İzvestiya” qazetinin binası yandı

4 May 2019 08:13

Moskvanın mərkəzində, "İzvestiya" qazetinə məxsus tarixi binada yanğın olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, yanğın binanın 3-cü mərtəbəsində baş verib.

Hadisə yerinə cəlb olunan yanğınsöndürmə briqadaları yanğının qarşısını alıb.

Yanğınsöndürmə zamanı 2 nəfər xilas olunub.

"İzvestiya" qazetinin binası Moskvanın ən məşhur tikililərindən biridir. 1925-27-ci illərdə inşa olunan bina Oktyabr inqilabının 10-cu il dönümü ərəfəsində istifadəyə verilib.  

Milli.Az