Milli Məclisdə şagirdlərin çantalarının ağır olması məsələsi qaldırıldı

3 May 2019 15:24

Milli Məclisdə orta məktəb şagirdlərinin çantalarının ağır olması məsələsi qaldırılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu məsələ ilə bağlı parlamentin bu gün keçirilən plenar iclasında millət vəkili Aqil Abbas çıxış edib.

Deputat deyib ki, çantaların ağır olması səbəbindən uşaqların sümük sistemi sıradan çıxacaq: "Kitablar elə hazırlanmalıdır ki, yüngül olsun. Uşaqları bu qədər yükləmək olmaz. Yeni tədris ilindən bu məsələ həllini tapmalıdır".

Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli isə deyib ki, bu məsələ ilə bağlı hazırda müzakirələr aparılır.

Milli.Az