Samir Piriyev: "Ürəyimi qoymuşam..."

19 Oktyabr 2011 11:29
"Musiqinin sözlərinin müəllifi mən özüməm. Bu mahnı "İstəyirəm" adlanır. Çox sadə bir mahnıdır. İnanıram ki, bu musiqi hamının zövqünü oxşayacaq və hitə çevriləcək.
Mən hər zaman klassik üslubda oxumuşam,  bu mahnıda isə bir balaca janr dəyişikliyi etmişəm. Həmçinin də oxumaq tərzimdə dəyişikliklərə yol vermişəm. Mən burada ərəb musiqisindən bəhrələnmişəm.

Elə musiqi var ki, onu yaşamaq lazımdır. Bu mahnıda isə mən həyat yoldaşımla ürəyimi qoymuşam", - S. Piriyev dedi.

Samir Piriyev həmçinin Heydər Əliyev sarayında konsert verəcəyini qeyd etdi.

Türkan Nadirqızı
Milli.Az