Kolizeyin divarına adının baş hərfini yazan tələbə saxlanılıb

3 May 2019 06:30

Romada Kolizeyin divarına adının baş hərfini yazan 17 yaşlı bolqar tələbə dünyaca məşhur tarixi və mədəni abidəyə ziyan vurmaqda təqsirləndirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, tələbə amfiteatrın daxili divarında "M" hərfini oyarkən hadisəyə şahid olan təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılıb, polisə məlumat verilib.

Kolizeyin divarları üzərində yazı yazmaq tez-tez müşahidə olunan hadisədir. Bununla yanaşı, turistlərin suvenir kimi binanın kərpicini və digər parçalarını götürməyə cəhd etməsinə də rast gəlinir.

Milli.Az