Cənubi Koreyada 5G istifadəçiləri artır

4 May 2019 08:21

Cənubi Koreya "5G" mobil rabitə şəbəkəsinin istifadəyə verildiyi ilk ölkələrdən biridir. Amma hələ ki yalnız ölkənin paytaxtında yüksəksürətli mobil rabitədən istifadə etmək mümkündür.
Milli.Az ICTnews-a istinadən bildirir ki, mənbənin məlumatına görə, Cənubi Koreyada artıq 260 mindən çox istifadəçi "5G" texnologiyasından istifadə edir. Müvafiq şəbəkələr üç provayder ("Korea Telecom", "SK Telecom" və "LG U ") tərəfindən istifadəyə verilib. "Korea Telecom" provayderinin payına təxminən 100 min istifadəçi, 160 min istifadəçi isə digər iki provayderin payına düşür.

Milli.Az