“Taxt oyunları” bu səhnələrinə görə tənqid olundu - FOTO

30 Aprel 2019 18:39

"Taxt oyunları" serialının indiyədək yayımlanan ən uzun müharibə səhnəsinin yer aldığı səkkizinci mövsümün üçüncü bölümü tənqid olunub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, buna müharibənin qaranlıq atmosferdə keçməsi səbəb olub.

82 dəqiqə çəkməsi ilə indiyədək ən uzun bölüm olan serialda qaranlıq səhnələrin çoxluğu istifadəçiləri əsəbiləşdirib. Onlar sosial şəbəkədə rejissoru tənqid ediblər.

Bölümdə yer alan qaranlıq, qar, duman, alov və ölümlərdən ibarət səhnələrdə istifadəçilər döyüşən tərəfləri ayırd edə bilmədiklərini söyləyib.

Milli.Az