Konqo Demokratik Respublikasında 2018-ci ilin iyul ayının sonundan Ebola virusundan ölənlərin sayı 950 nəfəri keçib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Konqonun Səhiyyə Nazirliyi rəsmi bildirib.
Nazirliyin məlumatında qeyd olunur ki, aprelin 29-dək 1466 yoluxma halı qeydə alınıb.
Bildirilir ki, virusun yayılması nəticəsində 957 nəfər həlak olub, 411 nəfər isə müalicə edilib.
Milli.Az