Özlərinə 3 gün toy etdilər - FOTO

29 Aprel 2019 15:57

Ötən il "People" jurnalı tərəfindən "yaşayan ən seksi kişi" seçilən ingilis aktyor İdris Elba evlənib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, model Sabrina Dhowre ilə münasibətlərini rəsmiləşdirib. Üç gün ard-arda keçirilən toy Mərakeşdə reallaşıb. 

Qeyd edək ki, cütlük 2018-ci ildə nişanlanıb. İdrisin əvvəlki nikahından 17 yaşlı oğlu var. 

Milli.Az