Xəstəliyinizdən xəbərdar olun - Hər bir insanın verməli olduğu 7 ANALİZ

29 Aprel 2019 23:45

İnsan hansı sağlamlıq problemlərinin olduğunu bilmək üçün müəyyən analizlər vermək  ən yaxşı  yoldur. 

Milli.Az medicina.az-a istinadən hər bir insanın verməli olduğu analizləri təqdim edir: 

Ürək-damar sistemi xəstəlikləri  

Analiz: qanın ümumi və biokimyəvi analizi. 

Vaxtı: ildə 2 dəfə 

Vacib göstəricilər: qanda xolesterinin səviyyəsi yüksək olduqda ateroskleroz və işemik ürək xəstəliklərinin yaranmasından xəbər verir. 

Tromboz 

Analiz: koaquloqramma.  Bu analiz qanın qatılığı, laxtalanması, qanaxma və tromb əmələ gəlməsi barədə bir sıra məlumatlar verir.  

Vaxtı: ildə 1 dəfə 

Şəkərli diabet 

Analiz: barmaqdan şəkərin ölçülməsi  üçün qan analizi.

Vaxtı: ildə 2 dəfə 

Qanda qlükozanın norması  3,3-5,5 mmol/l olmalıdır. 

Onkologiya 

Xərçəngin erkən mərhələdə müəyyən edilməsi üçün bir neçə test mövcuddur. 

Vaxtı: 40 yaşdan sonra 2 ildən bir onkoloji analiz vermək lazımdır. 

Düz bağırsağın xərçəngi 
 
Analiz: nəcisin analizi 
 
Nəcisdə qan aşkarlanması mədə-bağırsaq traktında müşahidə edilən onkoloji xəstəlik nəticəsində baş verən gizli qanaxmadan xəbər verir. 

Uşaqlıq ağzının xərçəngi  

Analiz: uşaqlığın sitoloji yaxması.
 
Bu analiz ginekoloji müayinə zamanı götürülür. Uşaqlıq ağzında yerləşən selikli qişada baş verən dəyişiklikləri aşkarlamağa imkan verir. 

Leykoz (qan xərçəngi)

Analiz: qanın ümumi analizi 

Leykoz zamanı limfositlərin sayı azalır. Trombositlərin səviyyəsi isə aşağı düşür.

Milli.Az