Alimlərdən şok: Yadplanetlilər artıq aramızdadır

28 Aprel 2019 15:55

Oksford Universitetinin alimi Yanq He Çi yadplanetlilərin artıq insanların arasında yaşamağa başladığını bildirib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Mirror" informasiya yayıb.

Məlumata görə, alim bu fikri yeni nəşr olunan kitabında irəli sürüb. Ekspertin fikrincə, yadplanetlilər insanlarla birlikdə iqlim dəyişikliklərinə davamlı yeni bir hibrid irq yaratmaq niyyətindədir.

"Onlar yalnız dünya çox böyük problemlərlə, nüvə müharibəsi kimi bir böhranla qarşılaşacağımız halda peyda olacaqlar. Bu, onlar üçün ölüm-qalım məsələsidir", - Çi bildirib.

Milli.Az