Rusiyada raket zavodu yanır - VİDEO

26 Aprel 2019 19:01

Rusiyanın Krasnoyarsk vilayətində "Krasmaş" zavodunda yanğın başlayıb.

Milli.Az Oxu.az-a istinadən bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğının ərazisi beş min kvadrat metr təşkil edib. Hadisə nəticəsində yanan dam örtüyü dağılıb.

"Krasmaş" zavodu sualtı qayıqlar üçün ballistik raketlər hazırlayır. Müəssisə həmçinin yeni "Sarmat" kontinentlərarası raketi hazırlanması ilə məşğuldur.

Zavod 1932-ci ildən fəaliyyət göstərir və strateji əhəmiyyətli sayılır.

Milli.Az