Atası Salanın ölümünə dözmədi - Ürəyi dayandı

26 Aprel 2019 18:49

Təyyarə qəzasında həyatını itirən Emilliano Salanınn atası Horasio Sala dünyasını dəyişib.

Milli.Az qol.az-a istinadən yxəbər verir ki, 58 yaşlı Horasionun ölümünə ürək tutması səbəb olub. Ona tibbi müdaxilə edilsə də, həyatını xilas etmək mümkün olmayıb. 

Xatırladaq ki, Sala yanvarın 19-u "Nant"dan "Kardiff"ə 17 milyon avroya transfer olunub. O, yanvarın 22-i Fransadan Kardiffə xüsusi təyyarə ilə yola salınıb. Ancaq hava gəmisi mənzil başına çatmazdan yarım saat əvvəl radardan itib.  Sonradan axtarış qrupu təyyarəni La Manş boğazından tapıb.

Milli.Az