Prezident İlham Əliyev Syerra-Leone Prezidentini təbrik edib

26 Aprel 2019 17:15

Prezident İlham Əliyev Syerra-Leone Respublikasının Prezidenti Culius Maada Bioya təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident, Syerra-Leone Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, xalqınıza əmin-amanlıq və tərəqqi diləyirəm".

Milli.Az