“Belə halların olması normaldır” - Qəzaya düşən pilot

26 Aprel 2019 16:34

"Boliddəki zədə barədə danışmaq üçün tezdir".

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu sözləri Böyük Britaniyanın "Williams" komandasının pilotu Corc Rassel bugünkü qəzaya münasibət bildirərkən deyib.

O qeyd edib ki, yarışlarda belə situasiyaların baş verməsi normaldır:

"Biz gözləmədiyimiz vəziyətlə üzləşdik. Yarışlarda belə halların olması normaldır. Mənim özümə isə heç nə olmayıb və hazıram. Möhkəm insanam".

Milli.Az