Azərbaycanlı məşhur ÖLÜMLƏ ÜZ-ÜZƏ QALDI: Omba sümüyü doğrandı - FOTO

26 Aprel 2019 17:49

52 yaşlı tanınmış aşıq Ədalət Dəlidağlı "Şou ATV"nin qonağı olub.

Milli.Az xəbər verir ki, səhhətində ciddi problemlər yaşayan sənətkarın etirafları hər kəsi məəttəl qoyub.

Aşıq Ədalət səhhətinin qəfil pisləşməsinin səbəbini də efirdə açıqlayıb:

"Yurdumuzdan-yuvamızdan perih düşdük. Sonra əzizlərimizi itirdik. Kəlbəcərdə ustadlarımızın məzarı qaldı. O dərd yükləndi. 

Mən də çox xəstəliklər tapdım. Bir ayda 3 dəfə əməliyyat olundum. Ölümlə üzbəüz qaldım. Allahın bəlasıdır, mənim omba sümüyüm doğrandı, iliyim doğrandı. Sonra bağırsaqlarımda, ürəyimdə, ödümdə problemlər çıxdı. İndi yaxşıyam, şükür Allaha". 

Qeyd edək ki, Ədalət Dəlidağlı 2007-ci ildə Azərbaycanın Əməkar mədəniyyət işçisi adına layiq görülüb.

Məhəmməd Vaqif
Milli.Az