Hadise xəstəxanaya düşdü - FOTO

26 Aprel 2019 14:04

Türkiyəli ifaçı Hadise xəstəxanalıq olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ötən gecə ifaçının halı pisləşib. 33 yaşlı sənətçi təcili özəl klinikaların birinə aparılıb.

Məlum olub ki, sənətçinin hərarəti qalxıb. Ona dərhal tibbi müdaxilə edilib.

Müğənni bir neçə saat xəstəxanada qalandan sonra evinə buraxılıb.

Milli.Az