Venesuelada göyərtəsində general olan helikopter qəzaya uğrayıb

26 Aprel 2019 08:35

Venesuelanın Suliya ştatında helikopter qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Ölənlər helikopterin pilotu və ölkənin Milli Qvardiyasının generalıdır. Yaralananlar xəstəxanaya çatdırılıb, onların vəziyyəti stabildirb.

Hadisə yerində mütəxəssislər işləyir, araşdırma aparılır.

Milli.Az