Beşinci dəfə Ceyms Bond olacaq

25 Aprel 2019 20:20

"Ceyms Bond" filminiun növbəti seriyasına baş rolu canlandıran aktyorun adı bəlli olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu dəfə də kamera qarşısına Daniel Kreyq keçəcək.

O, "Yenidən Ceyms Bond olsam, biləyimi kəsərəm" sözlərini işlətsə də, 2020-ci ilin aprelində işıq üzü görəcək filmdə yenidən həmin obrazı canlandıracaq

Seriyanın 25-ci filmində isə ötən il Fredi Merkuri obrazı ilə "Oskar" qazanan Rami Malek də rol alacaq. O, hekayənin mənfi obrazına həyat verəcək.

Milli.Az