40 il sonrakı anti-rekord - Çempion "Liverpul" olacaq?

25 Aprel 2019 20:24

"Mançester Yunayted" Premyer Liqanın 31-ci turundan təxirə salınmış oyunda "Mançester Siti"yə məğlub olub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 0:2 hesabıyla bitən görüşdə yeni anti-rekorda imza atıb. "Mançester Yunayted" Premyer Liqada bu mövsüm 50 qol buraxıb.

"Qırmızı şeytanlar" son dəfə 1978/79 mövsümündə 50-dən çox qol buraxmışdı. 40 il əvvəlki çempionatda 22 klub iştirak edirdi və qalib "Liverpul" olmuşdu.

"Manmester Yunaytet" 35 turdan sonra 64 xalla 6-cı sırada qərarlaşıb. Turnir cədvəlinə "Mançester Siti" 89 xalla başçılıq edir. İkinci sırada isə 88 xalla "Liverpul"dur.

Milli.Az