Azərbaycanlı paralimpiyaçı Dünya Kubokunda qızıl medal qazandı

25 Aprel 2019 17:14

Azərbaycanın pauerliftinq üzrə paralimpiya yığmasının üzvü Pərvin Məmmədov Macarıstanın Eger şəhərində keçirilən Dünya Kubokunda qızıl medal qazanıb. 

Milli.Az xəbər verir ki, Azərbaycan Milli Paralimpiya Komitəsinin məlumatına görə, Pərvin Məmmədov 49 kiloqram çəki dərəcəsinə qədər kişilərin yarışmasında ən yaxşı nəticəni göstərib. O, 140 kiloqram çəkini qaldıraraq birinci yerə layiq görülüb. 

Eyni çəki dərəcəsində ikinci yeri 128 kq nəticə ilə polşalı idmançı Slavomir Symanski  ilə qazanıb. 

Səudiyyə Ərəbistan Krallığından olan idmançı Olaymi Maysar 125 kq nəticə ilə üçüncü yerə layiq görülüb. 

Bu qələbə ilə Pərvin Məmmədov "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarında iştirak etmək şanslarını artırıb. 

Milli.Az