Sərxoş kişini maşın vurub öldürdü - FOTO

25 Aprel 2019 10:27

Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Toyota" markalı avtomobil "Neapol" restoranının qarşısında naməlum kişini vurub. Piyada hadisə yerində ölüb.

Şahidlərin sözlərinə görə, ölən şəxs restorandan çıxıb və sərxoş olub.

Milli.Az