Şri-Lankada yenə PARTLAYIŞ oldu

25 Aprel 2019 09:24

Səhər saatlarında Şri-Lankanın paytaxtı Kolombonun 40 kilometrliyində Puqoda rayonunda partlayış baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ölən və yaralananlar barədə hələ məlumat yoxdur.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub, ərazi nəzarətə götürülüb.

Xatırladaq ki, aprelin 21-i Şri-Lankanın Kolombo şəhərində və ölkənin digər ərazilərində Pasxa bayramı zamanı 8 partlayış törədilib. Terror aktları nəticəsində ölənlərin sayı 310 nəfərə çatıb.

Xəsarət alanların sayı isə 480 nəfər təşkil edir.

Milli.Az