Türkiyə HHQ İraqın şimalında PKK-nın mövqelərinə zərbələr endirib

24 Aprel 2019 23:47

Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları İraqın şimalında PKK terror qruplaşmasının mövqelərinə hava zərbələri endirib.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Məlumata əsasən, zərbələr Kərkük, Zap, Avaşin-Basyan və Kandil rayonlarına endirilib.

Zərbələr nəticəsində terrorçulara məxsus sığınacaqlar və silah-sursat anbarları məhv edilib.

Milli.Az