Ögəy atası Sevda Yəhyayeva haqda görün nələr dedi: "Anasını qulluqçu kimi..."

24 Aprel 2019 22:20

Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramında müğənni Sevda Yəhyayeva ilə bağlı sərt ittiham səslənib.

Milli.Az buta.media-ya istinadən bildirir ki, müğənninin atası Xoşqədəmin verilişində bildirib ki, S. Yəhyayeva anasını evində qulluqçu kimi işlədir.

"Sevda arvadımı aparıb, evində qulluqçu kimi işlədir". - o, deyib.

Daha sonra məsələ ilə bağlı proqramda Sevda Yəhyayeva ilə  əlaqə saxlamağa cəhd ediblər. Lakin bu mümkün olmayıb.

Milli.Az