Bakıda parkda kişi qarət olunub

24 Aprel 2019 21:35

Bakı sakini küçədə qarət olunub. Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsindəki parkda baş verib.

1971-ci il təvəllüdlü Bəkirov Əliyar Əlsuvarv oğlu gecə saatlarında parkda olarkən Ağayev Cuanşir Kommunist oğlu və Paşayev Vüqar Şaban oğlu onun qarşısını kəsərək hədələyiblər. Daha sonra 230 manat pulunu götürüb hadisə yerindən qaçıblar.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törədən şəxslər saxlanılıb.

Milli.Az