"Liverpul"da Salah-Klopp gərginliyi - Komandadan getmək istəyir

24 Aprel 2019 19:59

"Liverpul"un lideri Məhəmməd Salah mövsümün sonunda komandanı tərk edə bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, misirli futbolçu baş məşqçi Yurgen Kloppla yola getmir. Nəşr son vaxtlar cütlük arasında soyuqluğun yarandığını və Salahın bu səbəbdən ayrılmaq istədiyini iddia edir. Hətta ulduz futbolçunun rəhbərliklə görüşərək istəyini onlara çatdırdığı da vurğulanıb. Lakin "qırmızılar" onu yalnız astronomik məbləğ qarşığında satmağa razıdır. Salahın keçidində maraqlı olanlardan biri "Real"dır.

Qeyd edək ki, bu mövsüm bütün turnirlərdə 22 qol, 10 assistlə yadda qalan Məhəmməd Salahın "Liverpool"la müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.

Milli.Az