Fransanın məşhur rok ifaçısı Erve Forneri öz ad günündə - aprelin 24-də dünyasını dəyişib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, Dik Rivers adı ilə tanınan məşhur müğənni 74 yaşında dünyasını dəyişib.
1945-ci ildə dünyaya gələn fransalı ifaçı 1961-ci ildə "Les Chats Sauvages" qrupunda musiqi fəaliyyətinə başlayıb.
Onun onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
Milli.Az