"Səbail"in ulduzu zədələndi

24 Aprel 2019 18:54

"Səbail"in ulduz futbolçusu Maykl Essyen zədələnib.

Milli.Az xəbər verir ki. bu barədə Qol.az-a komandanın baş məşqçisi Aftandil Hacıyev məlumat verib. Onun sözlərinə görə, qanalı yarımmüdafiəçi ayaq barmağındakı xroniki zədədən əziyyət çəkir:

"Essyen iki gündür komanda ilə məşq etmir. Çox güman ki, növbəti oyunu buraxmalı olacaq" - deyə Hacıyev bildirib.

Qeyd edək ki, "Səbail" Azərbaycan Premyer Liqasının 26-cı turunda "Qəbələ"ni qəbul edəcək. Görüş aprelin 27-də keçiriləcək.

Milli.Az