Sevda serb basketbolçu ilə klip çəkdirdi

24 Aprel 2019 20:14

Müğənni Sevda Yahyayeva yeni layihəsini təqdim edib. 

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, sənətçi sözləri Cavid Əhmədova, musiqisi Pərviz Mahmudova məxsus "Son xəbər" mahnısını ekranlaşdırmaq qərarına gəlib. 

Klipin çəkilişləri Sloveniya və Xorvatiyada reallaşıb. Müğənninin layihədə tərəf müqavili Serbiyanın tanınmış basketbolçusu Nemanja Bukvicdir.

Bu məqamda bildirək ki, klipin rejissoru Ruslan Ağayevdir.

Milli.Az