Kim Çen Inın mühafizəçiləri yenə gündəmdə - VİDEO

24 Aprel 2019 20:09

Xəbər verdiyimiz kimi, bu gün Şimali Koreya prezidenti Kim Çen In Rusiyaya ilk dəfə rəsmi səfər edib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "RİA Novosti"nin Kreml üzrə jurnalisti tvitter mikrobloqunda Inın mühafizəçilərinin yer aldığı maraqlı görüntünü paylaşıb.

Belə ki, videodan görünür ki, prezident Kim Çen In sərhədyanı stansiyasında zirehli qatardan düşənə yaxın mühafizəçilər vaqonun üzərini təmizləyərək yerə qırmızı xalça səriblər. 

Onların bu "qulluğu" sosial şəbəkədə sürətlə yayılaraq müzakirələrə səbəb olub.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Kim Çen Inın mühafizəçiləri yenə gündəmdə