Xırdalanı kanalizasiya suyu basdı - VİDEO - FOTO

24 Aprel 2019 20:29

Abşeron rayon, Xırdalan şəhərində kanalizasiyanın daşması gediş-gəlişi çətinləşdirib.

Xırdalan şəhərinin Nizami küçəsinin sakinləri küçənin kanalizasiya xətlərinin yararsız olmasından şikayətçidirlər.

Milli.Az xəbər verir ki, sözü gedən ərazinin sakinləri bu barədə öz şikayətlərini azmedia.az saytına bildiriblər. Sakinlərin sözlərinə görə problemlə bağlı müvafiq qurumlara dəfələrlə müraciət etsələr də, heç bir tədbir görülməyib. Fövqəladə Halların binasının yaxınlığındakı küçədə axan kanalizasi suyu piyadaların və nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir. Sakinlər ağır xəstəlik tapacaqlarından ehtiyat edirlər. Küçəyə yayılan çirkab sular bəzi sakinlərdə, xüsusilə də azyaşlılarda allergik reaksiyalara səbəb olur.

Sakinlərin həmin ərazinin indiki durumu ilə bağlı redaksiyaya göndərdikləri kadrları təqdim edirik:

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Xırdalanı kanalizasiya suyu basdı