“WhatsApp”da YENİIİK - Bundan sonra yazışmaları...

24 Aprel 2019 18:19

Dünyada milyonlarla istifadəçisi olan "WhatsApp" sosial şəbəkəsi yenilik edəcək.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, insanların həyatına mühür təsir edəcək yenilik isə yazışmalarla bağlıdır.

Belə ki, şirkət sahibləri insanlar arasındakı yazışmaların gizliliyini qorumaq üçün danışıqların "screenshot" edilməsinin qarşısını alacaq.

Bundan başqa şirkət barmaq izi ilə təsdiqləmək üçün də yeniliyə imza atmaq fikrindədir.

Hər iki yenilənmə "WhatsApp"ın növbəti versiyasının dəyişikliyi zamanı nəzərə çarpacaq.

Milli.Az