Südlü göbələk şorbasının hazırlanma qaydası - RESEPT

29 Aprel 2019 07:00

Südlü göbələk şorba hazırlamağın qaydasını bilirsiniz?

Milli.Az medicina.az-a istinadən ləzzətli göbələk şorbasının reseptini və hazırlanma qaydasını təqdim edir. 

Tərkibi

250 qram göbələk

1 ədəd ortaboy kökü

2 yemək qaşığı un

2,5 su bardağı süd

6 stəkan su (göbələk və yerkökü bişirilməsi)

4 qaşıq duru yağ

Duz, istiot

Yarım yemək qaşığı kərə yağı

1 çay qaşığı istiot

şüyüd  

Hazırlanma qaydası

Əvvəlcə göbələyi yaxşıca yuyun və xırda-xırda doğrayın. Daha sonra yerkökünü rəndələyib, 3 qaşıq duru yağda qovurun. Rəngi biraz dəyişəndən sonra 2 stəkan su töküb, 5 dəqiqə bişirin. Digər tərəfdən, 2 yemək qaşığı unu bir yemək qaşığı maye yağda qızılı rəng olana kimi qovurun. Başqa qazana qovrulmuş unu əlavə edin, 4 su stəkanı və 2,5 su stəkan süd əlavə edib, unu yumşaldın. Qaynadılmış yerkökünü və göbələyi qarışdırıb bişirin. Duz və istiot əlavə edin. Şorbanız qatı olsa, su və ya süd əlavə edə bilərsiniz. Üzəri üçün kərəyağını əridin, istiot əlavə edin və şorbanın üzərinə tökün. Süfrəyə verməzdən əvvəl kəklikotu qurusunu şorbanın üzərinə ovuşdura bilərsiniz. Bəzək kimi şüyüd yarpaqlarından da istifadə edə bilərsiniz.

Nuş olsun!

Milli.Az