Kim Çen In Rusiyaya yola düşüb - qatarla

24 Aprel 2019 07:55

KXDR lideri Kim Çen In qatarla Rusiyaya yola düşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, məlumatı Şimali Koreyanın rəsmi KİV-ləri yayıb. Qatarın dəqiq yola düşmə vaxtı qeyd olunmur.

Qatar Vladivostoka yollanıb, onun yolda 20 saat olacağı ehtimal olunur.

Gözlənilir ki, aprelin 25-də Kim Çen In Rusiya prezidenti Vladimir Putinlə görüş keçirəcək.

Milli.Az