Hindistanda güclü zəlzələ olub

24 Aprel 2019 07:35

Hindistanın Arunaçal-Pradeş regionunda 5,9 bal gücündə zəlzələ olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, zəlzələ UTC vaxtı ilə 20:15-də qeydə alınıb. Zəlzələnin episentri Aloq şəhərindən 41 kilometr şimal-qərbdə və İtanaqardan 175 kilometr şimal-şərqdə yerləşib.

Yeraltı təkanlar 10 kilometr dərinlikdə baş verib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.

Milli.Az